27 may 2015 00:10

Böyükağa Hacıyev: Problem ondadır ki, Azərbaycan məşqçilərinə hörmət etmirlər

"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin azerisport.az saytına müsahibəsi

- Sabiq komandanız məşqçi axtarışındadır. Deyilənə görə, klub əcnəbi məşqçiyə tapşırılacaq...
- Bu barədə məlumatım yoxdur. Ona görə şərh vermək istəməzdim. Yəqin klubun strategiyası bunu tələb edir. Biz indi klubdan kənardayıq, odur ki, orada çalışanlar problemi daha yaxşı başa düşər.

- Sizcə, Arif Əsədovu dəyişmək lazımdır?
- Əlbəttə, yox. Bu ölkədə iki titul var. "Neftçi" Azərbaycan Kubokunu qazansa, onu dəyişmək hörmətsizlik olacaq. Çünki, bu insan uğur qazanmış sayılacaq. İstənilən halda mövsümün yekun nəticəsini qənaətbəxş hesab edəcəklər. Əgər avrokuboklarda uğursuzluq olsa, onda o, özü gedəcək. Problem ondadır ki, Azərbaycan məşqçilərinə hörmət etmirlər.

- Niyə elə düşünürsünüz?
- Azərbaycan məşqçilərinə hörmət olunmur, fikrimdə əminəm. Yerli məşqçi ani uğursuzluq olan kimi istefanı hazırlayırlar. Əcnəbi isə ən azı 1-2 il yerini rahatlamalıdır. "Neftçi" deyirdi pulum yoxdur. İndi isə əcnəbi məşqçi axtarır. Bu nə dərəcədə düzgündür? Qoy xarici məşqçiyə verəcəyi pula yaxşı futbolçular alsın. Heyəti düzəltmək lazımdır, məşqçini dəyişmək yox.

- "Neftçi"nin problemi futbolçulardadır?
- Bu komandada bütün uğurlar yerli məşqçilərin adıyla bağlıdır. Gede, Petrjela hələ unudulmayıb. Onların dağıtdıqlarını güclü düzəltdik. Komanda indi mənə batan gəmini xatırladır. Bilirsiniz nə çatmır? Kapitan, gəmini idarə edən və irəliyə aparan kapitan lazımdır.

- Yuri Syominin namizədliyi müzakirə olunur. Sizcə, o, "Neftçi"ni uğura daşıya bilər?
- Onu zaman göstərəcək. Siz mənə deyin, Syomin nə qədər pula gələcək Bakıya? Hər halda az pula gəlməz. Rusiya çempionatından Azərbaycana yaxşı pula gələr. Düzdür?

- Yəqin belə olar. Maliyyə məsələsi açıqlanmır...
- Qoy o pula komandanın digər problemlərini düzəltsinlər. Heyəti gücləndirsinlər. Syomin bu heyətlə oynamayacaq. Niyə onda bizimkilər o şəraiti yaratmırlar?

- Eləcə də Hacı Hacıyevin adı namizədlər arasında var...
- 70 yaşında? Bunlar nə demək istəyir? Yəqin azarkeşlərə sürpriz hazırlayırlar. Məşqçi gətirəndə o adamın Azərbaycan futbolunda işləməyi bacaracağına əmin olmaq lazımdır. Yoxsa təcrübə aparmaq vaxtı deyil. Bəlkə "Neftçi"nin hədəfləri dəyişib. Ola bilər komandanın qarşısında başqa məqsədlər var. Hazırkı "Neftçi"nin qərarlarını anlamaq çətindir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.