26 may 2015 14:45

Dmitri Kramarenko: Yuri Syominin Neftçini güclü komanda edəcəyinə zəmanət verirəm

"Neftçi"nin qapıçılar məktəbinin rəhbəri Dmitri Kramarenkonun azerisport.az saytına müsahibəsi

- "Neftçi"dəki işləriniz necə gedir?
- Mən hələ əsas komandaya baş vurmamışam. Öz işimə Azərbaycan Kubokunun final matçından sonra başlayacağam. Qapıçı məktəbinə gəlincə, tezliklə işimə başlayacağam. Son dövrlər məşqçilik kursunda idim, sonra Vladiqafqazda Nazim Süleymanovun yubiley matçında iştirak etdim. Ona görə işlərimi bir qədər təxirə salmalı oldum.

- Kamran Ağayevin Türkiyənin "Kayserispor" klubu ilə müqaviləsinin müddəti başa çatıb. "Neftçi" onunla maraqlanmır?
- Kamranı dəvət etməli olsaq, komandada Aqil Məmmədovla Saşa Stamenkoviç kimi qapıçıların olmasını da nəzərə almaq lazımdır. Bildiyimə görə, serbiyalı qapıçı ilə müqavilənin müddəti başa çatır. Onun qalıb-qalmayacağı hələlik, bəlli deyil. Mənim fikrimi soruşsalar, bir çox məqamları nəzərə almaq lazımdır. Çünki komandanı Avropa Liqası gözləyir, təcrübəli qapıçıya ehtiyac var. Baxmayaraq ki, mən qapıda yerli qapıçının durmasının tərəfdarıyam.

- Bəs sizin bu mövqedə favoritiniz kimdir?
- "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk da yerli qapıçının vacibliyini başa düşdüyü üçün Andrey Popoviçi heyətə cəlb etdi. Baxmayaraq ki, Dmitri Bezotosnı sabit çıxış edir.

- "İnter"i tərk etməsi gözlənilən Səlahət Ağayevlə maraqlanmırsınız?
- Klub rəhbərliyindən çox şey asılıdır. Mən komandada üç qapıçının olmasını istəyirəm. Onların ikisi əsas heyətə düşmək uğrunda mübarizə aparmalıdır, biri isə gənc və perspektivli olmalıdır. Amma Aqil Məmmədov, Kamran Ağayev və Səlahət Ağayevin üçünü də komandamızda saxlamaq dəqiq lazım deyil.

- Bizdə olan məlumata görə, "Neftçi" rusiyalı Yuri Syomin və Hacı Hacıyevlə maraqlanır. Arif Əsədov əvəzlənməli olsa, onlardan hansı ilə çalışmaq istəyərdiniz?
- Şübhəsiz ki, Syominlə. Hər ikisinə hörmətim var. Amma Syominə üstünlük verərdim. Mən onunla çalışmışam və yenidən bir yerdə işləməyimizi istərdim. Syominə Azərbaycandan təklif olduğunu eşitmişdim. Amma "Neftçi"dən olduğunu bilmirdim. Hələ də onunla əlaqəm var.

- Əgər ona real təklif olunsa, siz onu razı salmağa çalışarsınız?
- Buna ehtiyac yoxdur. O, özü vəziyyəti gözəl bilir. Syomin klubumuzun idman direktoru Vəli Qasımovla da yaxşı tanışdır. Çingiz Abdullayevi gözəl tanıyır. İddialı insandır. Əgər o, dəvət olunsa, vaxt verilsə, sizə tam zəmanət verirəm ki, "Neftçi"ni çox güclü komanda edər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.