26 may 2015 13:45

Divizion klublarına cəza yağmuru

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 29-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

İntizam Komitəsi tərəfindən “Qaradağ Lökbatan” klubunun prezidenti Tahir Mustafayevin stadiona girişinə 10 oyunluq qadağa qoyulmuşdu. Lakin əldə olunan faktlara görə verilmiş cəzadan sonra “Qaradağ Lökbatan”ın prezidenti Tahir Mustafayev “Qaradağ Lökbatan” - “Şəmkir” matçında stadionda olub. Bu səbəbdən də klub prezidentinə verilmiş cəzaya 1 oyun stadiona giriş cəzası əlavə olunur. Bu hal yenidən təkrarlanacağı halda, ona qarşı daha ciddi tədbir görüləcək.

“Kəpəz” – “Qaradağ Lökbatan” matçının 85-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Tural Məmmədov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.

“Şahdağ” – “Şəmkir” matçının 74-cü dəqiqəsində “Şəmkir”in futbolçusu Orxan Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Energetik” – “Bakılı” matçının 89-cu dəqiqəsində “Bakılı”nın futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Göyəzən” – “Zirə” matçının 77-ci dəqiqəsində “Göyəzən”in futbolçusu İslam Piriyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Rəvan” – “Ağsu” matçının 75-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Elvin Həsənəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 75-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Elvin Həsənəliyev qırmızı vərəqə alaraq meydançanı tərk edərkən künc bayrağın sındırdığına görə 3 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Ağsu”nun futbolçusu Natiq Kərimi idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində “Rəvan”ın futbolçusu Məhərrəm Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.