25 may 2015 18:45

Qəbələ ingilislərə məğlub oldu, almanlara qalib gəldi

“Qəbələ”nin 11 yaşlılardan (2004-cü il təvəllüdlü) ibarət komandası Almaniyada keçirilən ənənəvi “Lenser Pfingct Cup” beynəlxalq turnirində iştirak edib. Azerisport.az xəbər verir ki, Yaşar Abuzərovun komandası mayın 23-24-də Düsseldorf şəhərində 150 komandanın 30 qrupda mübarizəyə başladığı yarışda qüvvəsini sınayıb.

“Qəbələ” turnirin I mərhələsində 11-ci qrupda çıxış edib. “Qırmızı-qaralar” ilk oyunda İngiltərənin “Liverpul” klubuna 0:3 hesabı ilə uduzsa da, növbəti 3 matçda Almaniya komandalarından 7 xal ala bilib. TSV “Neu Ulm” ilə qolsuz heç-heçədən sonra komandamız “Ratenger SpVgg 04/19”i 5:0 hesabı ilə məğlub edib. Emil Süleymanov və Fuad Əhmədovun dubl etdiyi qarşılaşmada Rüfət Bədəlzadə 1 dəfə fərqlənib. Bu mərhələdəki son oyununda FC “Herdecke Ende”ni Elmir Hüseynlinin qolu ilə 1:0 məğlub edən “Qəbələ” qrupda 2-ci olub. Nəticədə komandamız çempionluq uğrunda mübarizəsini növbəti mərhələdə də davam etdirib.

Əvvəlki mərhələdə eyni qrupda yer alan komandaların nəticələrinin saxlanıldığı növbəti raundda “Qəbələ” “Liverpul”, digər İngiltərə təmsilçisi “Kembric Yunayted” və Dortmund “Borussiya”sı ilə mübarizə aparıb. Britaniyalılara 0:2 hesabı ilə yenilən Abuzərovun yetirmələri almaniyalılarla qolsuz heç-heçə etsə də, qrupda 4-cü olub.

3-cü mərhələdə “qırmızı-qaralar” daha 3 oyuna çıxıb. Avstriyanın “Först Vyana” klubuna 1:2 hesabı ilə uduzan komandamızın qolunu Elmir Hüseynli vurub. Belçika təmsilçisi “Voluv”u Cavad Kərimov, Emil Süleymanov və Fuad Əhmədovun qolları ilə 3:0 hesabı ilə məğlub edən Abuzərovun yetirmələri mərhələnin son oyununda Köln “Fortuna”sından 2 cavabsız qol buraxıb. Qrupda 3-cü olan “Qəbələ” sonuncu mərhələyə “Pattesen” üzərində qələbə ilə başlayıb – 1:0. Yeganə qolu Elmir Qələndərov vurub. Hüseyn Hüseynzadənin fərqləndiyi Finlandiya “KuPS” ilə qarşılaşmada heç-heçə qeydə alınıb – 1:1. Turnirdəki son oyununda yenidən “Kembric Yunayted”lə üz-üzə gələn komandamız 0:3 hesabı ilə uduzub, qrupda 2-ci olub.

Beləliklə, Almaniya səfəri başa çatan U-11 bu ölkədə 12 qarşılaşma keçirib. İlk xarici səfərinə çıxan 2004-cü il təvəllüdlü futbolçularımız turnir boyu bölgədə yaşayan azərbaycanlı azarkeşlərin dəstəyini hiss edib. “Qəbələ”nin oyunlarına gələn soydaşlarımız komandanı hər qarşılaşmada dəstəkləyiblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.