25 may 2015 17:45

AFFA limiti pozan klublara xəbərdarlıq etdi

AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi məlumat yayıb. Azerisport.az xəbər verir ki, açıqlamada bunlar qeyd olunub:

"AFFA-nın İcraiyyə Komitəsinin 06.03.2015-ci il tarixdə keçirilmiş iclasında gənc yerli  futbolçuların maaş limiti ilə bağlı  aşağıda göstərilən qərar qəbul olunub:
 
2015/2016-cı il mövsümündən başlayaraq Topaz Premyer Liqası klublarında çıxış edən 21 və 23 yaşadək yerli futbolçuların maaşına limit tətbiq olunsun. 21 yaşadək futbolçuların illik maaşı maksimum 30 min AZN-dək, 23 yaşadək futbolçuların illik maaşı maksimum 50 min AZN-dək müəyyənləşdirilsin. Azərbaycan milli komandasının heyətində mövsüm ərzində oyunların 50 faizində iştirak edən futbolçuların maaşı klub tərəfindən maksimum 25 faiz artırıla bilər. Maaş limitinə riayət etməyən klublara aşağıdakı cəzalar tətbiq olunacaq:

Klubun aktivindən xalların silinməsi
Maliyyə sanksiya
Futbolçunun diskvalifikasiyası.
 
2014/2015-ci il Topaz Premyer Liqası 28.05.2015-ci il tarixdə keçiriləcək XXXVI turun oyunları ilə başa çatacaq və növbəti Premyer Liqa oyunları avqust ayından start götürəcək. Yeni mövsüm üçün transfer pəncərəsi 09.06.2015 – 31.08.2015-ci il tarixləri müəyyən olunub. Bu tarixdən etibarən İcraiyyə Komitəsinin maaş limiti ilə bağlı qərarı tətbiq olunmalıdır. İcraiyyə Komitəsinin qərarı yeni bağlanan müqavilələrə şamil olunur (01.01.1995-ci ildən və 01.01.1993-cü il ildən başlayaraq doğulan futbolçular). Qərarın icrasına AFFA tərəfindən ciddi şəkildə nəzarət olunacaq. İcraiyyə Komitəsinin qərarına riayət etməyən, formal olaraq müəyənləşdirilmiş maaş göstərən, lakin faktiki olaraq limitdən artıq maaş verən klublar müəyyənləşdirilərək cəzalandırılacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.