25 may 2015 17:30

Əsgər Abdullayev: AFFA Məşqçilər Komitəsinin işini müsbət qiymətləndirirəm

Azərbaycan yığmasının sabiq baş məşqçisi Əsgər Abdullayevin azerisport.az saytına müsahibəsi

- Ötən gün Nazim Süleymanovun 50 illik yubileyi münasibətilə Azərbaycan və Vladiqafqaz "Alaniya"sının veteranları arasında yoldaşalıq görüşündə iştirak etmisiniz. 7:7 hesablı heç-heçəni öncədən razılaşdırmışdınız?
- Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Nəticəyə gəlincə, bu, belə oyunlarda elə də vacib əhəmiyyət daşımır. Adətən, belə görüşlər məhz heç-heçə bitir. Oyundan sonra komandaları otelə aparan avtobusları azarkeşlər sonadək müşaiyət etdilər. Xoş məqamlar çox idi. Süleymanova orada çox hörmət edirlər.

- Belə bir məlumat yayılıb ki, "Kəpəz"ə baş məşqçi təyin olunan Şahin Diniyevi Məşqçilər Komitəsində siz əvəz edəcəksiniz. Bu, düzdür?
- Mənə bu barədə heç kim bir söz deməyib. Ona görə də bu sualınızı şərh edə bilmərəm.

- Məsələ burasındadır ki, bu komitəyə məhz işsiz mütəxəssislər dəvət olunur. Siz bununla bağlı təklif alsanız, qərarınız necə olacaq?
- Belə xəbərlər tez yayılır. Ola bilər ki, kimsə məndən də öncə xəbər tutsun. Amma bu barədə yalnız hər şey dəqiqləşəndən sonra danışa bilərəm.

- Ümumiyyətlə, bu komitənin fəaliyyətini necə qiymətləndirərdiniz?
- Müsbət qiymətləndirirəm. Bu, ən azı yığma məşqçiləri üçün bir köməkdir. Çünki onlar bütün oyunları izləyə bilmirlər. Həm dənəzərə almaq lazımdır ki, Məşqçilər Komitəsində çalışanların hər biri təcrübəli mütəxəssisdir və yığma komandalarda da çalışıblar.

- "Bakı", "Simurq" və "İnter" imi klubların ciddi maliyyə problemləri ilə üz-üzə olması sizi narahat etmir?
- Bu, bizi narahat etməyə bilməz. Maliyyə problemləri təkcə klublara yox, bütövlükdə Azərbaycan futboluna mənfi təsir göstərir. Ümid edirəm ki, bu klublar yaşayaaqlar. Bundan sonra necə olacağını ancaq zaman göstərəcək.

- Bu mövsümün zəif keçdiyini nəzərə alsaq, klublarımızdan avrokuboklarda nə gözləyək?
- Ümid edirəm ki, "Qarabağ" iddialı olacaq. Onlar uğurlu çıxış etməyi bacardılar. Göstərdilər ki, klublarımız təkcə ölkə daxilində yox, Avropada da uğur qazana bilərlər. Bunun bütün klublarımıza nümunə olacağını düşünürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.