25 may 2015 14:15

Fənər də UEFA Kubokundan imtina etdi

Azərbaycanın "Fənər" futzal klubu da UEFA Kubokunda iştirakdan imtina edib. Ölkə çempionatının gümüş medallarını qazanan klubun prezidenti Turqay Fərzəliyev azerisport.az saytına açıqlamasında ölkə çempionu "Xəzər adaları"nı əvəzləmək istəmədiklərini bəyan edib:

"Biz UEFA-ya göndərmək üçün bütün sənədlərimizi hazırlamışdıq. Azərbaycanı bu turnirdə təmsil etmək bizim üçün böyük şərəfdir. Amma belə bir vəziyyətdə UEFA Kubokunda iştirak etmək istəmirik. Nə vaxt çempion olsaq, onda avrokuboklarda iştirak edərik. Prinsipial oyunlarda hakimlərin bizə necə münasibət göstərdiyini hamı gördü. Hakimlərin bizə qarşı qərəzli olmadığını heç kim sübut edə bilməz. Bizimlə heç kim maraqlanmırdı, hətta mətbuat da. Klubumuzun 6 sponsoru var. Finalda da "Xəzər adaları" ilə qarşılaşmaq istəyirdik. Üç il ərzində üçüncü də olduq, ikinci də, kubok da qazandıq. Amma növbəti mövsümdə çempionatda oynamaqdan imtina edəcəyik. "Fənər"siz çempionatın necə keçdiyinə kənardan baxacağıq. Sponsorlar kənardan baxırlar və deyirlər ki, oyunların taleyini hakimlər müəyyənləşdirirsə, bu, bizim nəyimizə lazımdır? Mən bunu bütün hakimlərə etmirəm, aralarında düzgün olanları da var. AFFA və futzal federasiyasının rəhbərliyi ilə münasibətlərimiz yaxşıdır. Düşünəcəyik. Bizsiz də Azərbaycanı Avropada təmsil edəcək komandalar var".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.