24 may 2015 15:30

Mirhüseyn Seyidov: Kimsə mənim haqqımda Elxan Məmmədova mənfi fikirlər söyləyib

"Neftçi"nin sabiq yarımmüdafiəçisi Mirhüseyn Seyidovun azerisport.az saytına müsahibəsi

- Sizin yeni klubunuzun adı nə vaxt müəyyənləşəcək?
- Hələ heç bir klubla danışıq aparmıram. Amma zənglər olur. Tezliklə mövsümə yekun vurulacaq. Ayın sonunda xidmətimdə maraqlı olan klublarla danışıqlara başlayacağam. Türkiyədən də zənglər olur. Hər şeyi müzakirə etmək lazımdır. Düzünü deyim ki, hələ bu təkliflərlə məşğul olmağa imkanım yoxdur. Çünki bir neçə gün öncə yaxın dostumun atası vəfat edib. Daha çox orada olmağa çalışıram. 16 mərtəbəli binada çıxan yanğın nəticəsindəki faciə də sözünü dedi. Allah bu faciədən əziyyət çəkənlərə, dünyasını dəyişənlərin yaxınlarına səbr versin. İndi hələ futbolla bağlı məsələləri həll edəcək durumda deyiləm. Mümkündür ki, 10-15 gündən sonra hər şeyə aydınlıq gəlsin.

- Sizə elə gəlmir ki, "Neftçi" mövsümün sonunu gözləməməklə tələsdi? Buna görə incimədiniz?
- İncimək mənlik deyil. Klub rəhbərliyi belə bir qərar qəbul etdi, bir futbolçu olaraq mən də bununla barışmalı oldum. Çünki bu, futboldur, belə hallar olur. Amma klub rəhbərliyi ilə son görüşümüzdə də dedim ki, mövsümün sonuna az qalmışdı, gözləmək olardı. Rəhbərliklə söhbətdə o da məlum oldu ki, bizim (Seyidovla yanaşı Rauf Əliyev və Elvin Yunuszadə də komandadan uzaqlaşdırılıb) komandadan kənarlaşdırılmağımız "İnter"ə 0:4 hesablı məğlubiyyətlə əlaqədar deyil. Amma yenə də düşünürəm ki, mövsümün başa çatmasını gözləmək olardı. Ondan sonra kişi kimi bir-birimizin əlini sıxıb, halallaşardıq. Başqa cür alındı.

Həyatda hər şey olur. Bunu problemə çevirmirəm və öz insaflarına buraxıram. Amma təbii ki, "Neftçi"də keçirdiyim 7 ildən sonra belə imtina etmələri təsirsiz ötüşmədi. Artıq hər şey geridə qalıb. Onlara uğurlar arzulayıram. Heç bunu kimin etdiyi ilə də ciddi maraqlanmadım. Öyrəndim ki, bu, baş məşqçi Arif Əsədovun qərarıdır. Deyib ki, biz öz potensialımızdan aşağı çıxış edirmişik. Yadımdadır, hələ oktyabrda ondan soruşdum ki, klub mənimlə yeni müqavilə bağlamaq istəyir, sənin fikrin nədir? Bildirdi ki, səni hələ əvəzedici heyətdən tanıyıram, heç bir problem yoxdur. Ona görə bütün bunlardan sonra "bu, baş məşqçinin qərarıdır" fikrini öyrənəndə mənə təəccüblü gəldi. Amma istənilən halda "Neftçi"ni özümə düşmən hesab etmirəm.

- Sadıq Sadıqovun prezidentliyi dövründə ən sevimli oyunçulardan biri idiniz. Sizə elə gəlmir ki, komandadan gedişiniz məhz onun rəhbərlikdən gedişi ilə bağlıdır?
- Mən icraçı direktor Elnur Məmmədovla görüşdüm. O, mənə dedi ki, burada əsgərdir, nə deyirlər, onu da edir. Məlum deyil ki, heç üç aydan sonra o, burada olacaq, ya yox. Ona görə də onunla heç bir problemim yox idi. Əgər məni Sadıq Sadıqova görə çıxardılarsa, qoy elə olsun. Heç bir problem yoxdur. Sadıqovun Cavid İmamverdiyev, Elvin Yunuszadə, Araz Abdullayev, Elşən Abdullayev, Məqsəd İsayev kimi gənclərə necə rəhbərlik etdiyini də soruşun. Sadıqov hamımıza böyük qardaş kimi yanaşırdı. Onun dövründə komanda bir neçə dəfə çempion oldu, Avropa Liqasının qrup mərhələsində oynadı. Kimsə onu müzakirə etmək istəyirsə, öncə onun uğurlarını təkrarlasın, sonra nəsə danışsın.

- Sizə elə gəlmir ki, "Neftçi"dən getməklə yığmanın da qapıları üzünüzə bağlanmış oldu?
- Belə bir şayiə eşitmişəm ki, kimsə məndən AFFA-nın baş katibi Elxan Məmmədova xoşagəlməz sözlər çatdırıb. Son dövrlər kimlərsə mənim milli karyerama zərbə vurmağa çalışır. Kim mənim arxamdan belə çirkin işlər görür, özünü kişi sayırsa, gəlsin üzümə desin. Elxan Məmmədova yalan söhbətlər çatdırmaq lazım deyil. Hamı kimin nə olduğunu yaxşı bilir. Azərbaycan yığmasında oynamaq mənim üçün şərəfdir.

- "Qəbələ" və "Zirə"nin sizinlə maraqlandığı barədə deyilənlər düzdür?
- Dediyim kimi, indi bu işlərlə məşğul olacaq durumda deyiləm. Hər şeyə tezliklə aydınlıq gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.