23 may 2015 12:20

Elxan Məmmədov: Dneprə baxıb, Qarabağı finalda təsəvvür edirəm

AFFA-nın baş katibi Elxan Məmmədov Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində keçirilmiş "İnter" - "Qarabağ" oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Yeni ölkə çempionu Premyer Liqada son oyununu keçirdi. Bu görüşlə bağlı nə deyə bilərsiniz?
- Maraqlı oyun alındı. Baxmayaraq ki, bu görüşün nəticəsi turnir cədvəlində heç bir dəyişikliyə səbəb olmayacaqdı. İkinci hissədə açıq futbol gördük. Bütövlükdə, çempionat maraqlı keçdi. İntriqa son turlara qədər qalırdı. Deməli, çempionatda rəqabət var.

- Amma əksər mütəxəssislər ötən mövsümlə müqayisədə bu mövsümün zəif keçdiyini deyirlər...
- Mən belə deməzdim. Daxili turnirlərin nə dərəcədə uğurlu olduğunu komandalarımızın Avropadakı çıxışı göstərəcək. Əminəm ki, çempionatımızda keçirdikləri yaxşı mövsüm təmsilçilərimizin avrokuboklardakı çıxışına da müsbət təsir edəcək.

- Ukraynanın "Dnepr" klubunun Avropa Liqasının finalına çıxmasını necə qarşıladınız?
- "Dnepr"ə baxıb, finalda "Qarabağ"ı təsəvvür edirəm. Yeri gəlmişkən, "Sevilya" ilə final oyununda elə ukraynalılara azarkeşlik edəcəyəm.

- "İnter"lə "Simurq"un üzləşdiyi vəziyyət sizi narahat etmir?
- PFL və AFFA rəhbərliyi bu klubları diqqət mərkəzində saxlayır. Bu klubların rəhbərliyi ilə bir neçə dəfə görüşmüşük. Sonuncu görüşümüz "İnter"in prezidenti Georgi Nikolovla olub. Çünki onlar ölkəmizi Avropa Liqasında təmsil edəcəklər. Hər şeyin yaxşı olacağına ümid var.

- Belə bir məlumat var ki, növbəti mövsüm üçün dövlət tərəfindən Premyer Liqa iştirakçılarına 1,5 milyon manat vəsait ayrılacaq. Bu, doğrudur?
- Biz bunu ancaq mətbuatdan oxumuşuq. Bu il 2005-2015-ci illəri əhatə edən dövlət proqramı başa çatacaq. Biz artıq həm dövlətə, həm də beynəlxalq futbol qurumlarına öz hesabatımızı təqdim etmişik. Artıq yeni proqram üzərində çalışırıq. Tezliklə bu məsələ də öz həllini tapacaq. Müddət dövlət tərəfindən müəyyənləşdiriləcək. Bu, həm 5, həm də 10 illik proqram ola bilər. Səsləndirdiyiniz məbləğə gəlincə, bunu sizdən eşidirəm. Buna dövlət qərar verə bilər.

- Əlavə sponsor tapılacağı halda Premyer Liqa klublarının sayının 12-yə çatdırılması nə dərəcədə inandırıcıdır?
- Bu, bizim arzumuzdur. İstərdik ki, elə olsun. Amma hazırda cəmi 10 klub lisenziya ala bilib. Ona görə də bu məsələni qapanmış saymaq olar.

- "Kəpəz"də çalışmağa razılıq verən Şahin Diniyevi AFFA Məşqçilər Komitəsində kim əvəz edəcək?
- O, hələ "Kəpəz"lə müqavilə imzalamayıb. Bu üzdən də ona əvəzləyici axtarmağa başlamağımız etik baxımdan düzgün çıxmaz. Yay tətili olacaq. Tələsən yerimiz yoxdur. Məşqçilər Komitəsinin rəhbəri Vaqif Sadıqovla da söhbət etmişik. Diniyevi kiminlə əvəz edəcəyimizə növbəti mövsümün startı ərəfəsində qərar verəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.