23 may 2015 00:20

Tahir Gözəl: Dneprin yerində biz olmalıydıq

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi klub rəhbərinin açıqlamaları ilə tanış edir.

- Komandanızın növbəti çempionluğu barədə nə deyə bilərsiniz?
- Azərbaycan məlum yanğın hadisəsi və xeyli insanın həlak olması ilə əlaqədar heç də yaxşı günlərini yaşamır. Ona görə də bizim mükafatlandırma mərasimi belə ciddi keçdi. "Qarabağ" yenə böyük uğura imza atdı. Çempionluğu başqa cür adlandıra bilmərəm. Ümid edirəm ki, bu uğur azarkeşlər üçün çətin günləri yüngülləşdirmək baxımından müəyyən bir təsəlli oldu.

- Klubunuz bu mövsüm Avropa Liqasında Ukraynanın "Dnepr" klubuna səfərdə gələn yeganə komanda oldu. İndi isə həmin komanda finaldadır. "Qarabağ"dan yeni avrokuboklar mövsümündə nə gözləmək olar?
- Klub Avropada yeni uğurlar qazanmağa tamamilə hazırdır. Ötən il bizim heç bəxtimiz gətirmədi. Əks halda onların yerində indi biz olmalıydıq. Alınmadı. Hazırda daha təcrübəli komanda lmuşuq. İddialarımız da böyükdür və dəyişməz olaraq qalır.

- Komandaya yeni transfer olunan futbolçularla bağlı nə deyə bilərsiniz?
- Elvin Məmmədovla Coşqun Diniyevi transfer etmişik. Onların komandamızı gücləndirəcəyinə əminəm. Onlardan yaxşı oyun gözləyirəm. Bizimlə oyunda da Elvin yaxşı futbol sərgilədi.

- "Qarabağ" daha kimi istəyir?
- Mümkündür ki, bir və ya iki əcnəbi futbolçu dəvət edək. Transfer bazarında gərgin iş gedir.

- Qarşıda "Neftçi" ilə kubokun final matçı var...
- Səbrsizliklə həmin oyunu gözləyirik. "İnter"lə son oyunda elə də həyəcan yox idi. Çünki çempionluğu təmin etmişdik. Ona görə də uduzduq. Finalda isə tam fərqli olacaq. Mən özüm də həmin görüşü izləyənlər arasında olacağam.

- "Qarabağ" çempionluqla öz hədəfinə çatıb, ya kuboku da qazanmaq vacibdir?
- Biz kuboku da qazanmalıyıq. Rəqib "Neftçi"dir və bu, qarşılaşmanın prinsipiallığını daha da artırır. Bu, iki aslanın döyüşüdür və güclü olan qalib gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.