22 may 2015 21:20
Georgi Çixradze: Meydana motivasiyasız çıxmışdıq
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 0:5 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Hazırda bizim heç bir iddiamız yoxdur. Odur ki, meydana motivasiyasız çıxmışdıq. Çempionatı başa vurmaq üçün oynayırıq. Yəqin ki, son oyunda meydançada indikindən daha çox gənc oyunçu görəcəksiniz. Çalışırıq ki, heyətdə qalan oyunçulardan maksimum istifadə edək, onlara şans verək”.
