22 may 2015 20:20
Elbrus Məmmədov: Oyunumuzda anarxiya yarandı
"Xəzər Lənkəran"ın məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Sumqayıt”ı qələbə münasibəti ilə təbrik edirəm. Başlanğıc bizim üçün yaxşı alındı. Daha sonra kiçik səhv etdik. Bu qolu buraxdıqdan sonra oyunumuzda anarxiya yarandı. İkinci qolu buraxdıqdan sonra dönüş edə bilmədik. Tərlan Qasımzadə qol buraxsa da, oyunun ən yaxşılarından idi. Onun gələcəyi var”.
