22 may 2015 13:45
Abdulla Abatsiyev boykot xəbərini təkzib etdi
"İnter"in yarımmüdafiəçisi Abdulla Abatsiyev Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində qarşılaşacaqları "Qarabağ"la oyunu boykot edəcəklərinə dair xəbərləri təkzib edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz "Qarabağ"la oyunu boykot etmək istəyirik? Belə şayiələri haradan götürürlər bilmirəm. Elə olsaydı, komandanın üzvü kimi mənim xəbərim olardı".
