22 may 2015 11:30

Vaqif Sadıqov: Şahin Diniyevi kiminlə əvəzləyəcəyimizi müzakirə etməmişik

AFFA Məşqçilər Komitəsinin rəhbəri Vaqif Sadıqovun azerisport.az saytına müsahibəsi

- Sədrlik etdiyiniz komitəyə üzv olan Şahin Diniyevin "Kəpəz"ə baş məşqçilik etməyə razılıq verməsini necə qarşıladınız?
- O, komitədə böyük iş görürdü. Əsl peşəkar, özünü futbolumuza həsr etmiş insandır. Fikrimcə, o, Gəncə klubunda da özünü yaxşı tərəfdən göstərməyi bacaracaq. Eyni zamanda ona da şadam ki, böyük futbol Gəncəyə qayıdır.

- Diniyevin gedişindən sonra komitədəki vakant yeri kim tutacaq?
- O, "Kəpəz"dəki işinə iyulun 1-dən başlayacaq. Həmin vaxtadək komitədəki işini davam etdirəcək.

- Yəni bu posta namizədləri gözdən keçirmirsiniz?
- Hələ heç bir müzakirə aparmamışıq. Çünki Diniyevin təyinatından yenicə xəbər tutduq.

- Yəqin ki, artıq yarım ildir birgə çalışdığınız həmkarınızı başqasının əvəzləməsi asan olmayacaq...
- Əlbəttə, bir-birimizə alışmışdıq. Digər tərəfdən "Kəpəz" rəhbərliyinin Məşqçilər Komitəsinin üzvünə üstünlük verməsi də müsbət bir məqamdır. Deməli, bizə inam var. Fikrimcə, Diniyev bu seçimin nə dərəcədə düzgün olduğunu öz işi ilə də isbatlayacaq.

- Amma "Kəpəz"in Premyer Liqaya dönüşü heç də qanuni olmadı. Çünki "Neftçala" kimi çempion olan komanda kənarda qaldığı halda, Gəncə təmsilçisi turnir cədvəlinin ortalarında qərarlaşıb...
- Ona görə də birinci divizion klubları öz işlərini elə qurmalıdırlar ki, bütün tələblərə cavab verə bilsinlər. Amma hesab edirəm ki, böyük futbolun Gəncəyə qayıtması ancaq xeyrimizə olacaq. Diniyevin da orada uğur qazanacağına inanıram. Bu bölgəmizdən həmişə güclü futbolçular çıxıb. Bu komandanın çempionata qoşulması əlavə gözəllik yaradacaq.

- Premyer Liqanın sonuna iki tur qalsa da, qalib məlumdur. Bu mövsümə necə qiymət verərdiniz?
- Sona üç tur qalmışa kimi intriqanın saxlanması yaxşı oldu. Baxmayaraq ki, avrokuboklara vəsiqə qazananlar daha tez məlum idi. Son iki mövsümü müqayisə etsək, bu mövsümkü çempionat zəif keçdi. Amma mənə elə gəlir ki, bu mövsüm baş verənlər hər bir klub üçün dərs olacaq. Mövsümün gedişində strategiya dəyişmək, çempionatı tərk etmək olmaz. Bütün bunlar çempionata çox pis təsir edir.

- Birinci diviziondan daha bir neçə komanda dəvət etməklə 16 klubdan ibarət çempionat keçirməyə necə baxırsınız?
- Bu, bir qədər süni alınacaq və heç bir faydası olmayacaq. Həm də birinci divizion klubları lisenziya ala bilməyiblər. Bunun üçün peşəkar yanaşma lazım idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.