22 may 2015 00:10

Topaz Premyer Liqasında 35-ci tur həyəcanı

Bu gün Topaz Premyer Liqasında 35-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, eyni gündə baş tutacaq turun mərkəzi oyununda mövsümü ilk 2 pillədə başa vuran “Qarabağ”la “İnter” qarşılaşacaq.

Bu komandalar indiyə qədər 42 dəfə üz-üzə gəliblər. Bunların 18-də gülən tərəf "Qarabağ" olubsa, 9 oyunda da “İnter” qələbəni bayram edən tərəf olub. Qalan 15 görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində də ağdamlıların böyük üstünlüyü var - 46:26. Rəqiblərin son 3 oyununda qol vurulmayıb. Belə ki, bu mövsümə təsadüf edən həmin qarşılaşmaların üçündə də eyni hesab qeydə alınıb - 0:0. “Qarabağ” 18 matçdır rəqibinə məğlub olmur. “İnter” son 2 ev oyununda qol vura bilməyib. Bu dəfə necə olacağı maraqla gözlənilir.

Üçüncü olmaq üçün mübarizə aparan "Neftçi" bu tur səfərdə “Bakı” ilə qarşılaşacaq. Bu klublar da indiyə qədər 49 dəfə üz-üzə gəliblər. Paytaxt derbilərində "ağ-qaralar"ın daha çox qələbə qazandığının şahidi oluruq - 29 dəfə. Bakının eyniadlı təmsilçisi 11 dəfə belə uğura imza atıbsa, qalan 9 qarşılaşmada qalib müəyyənləşməyib. Top fərqi də "Neftçi"nin xeyrinədir - 70:41. Yubiley – 50-ci oyunda da “Neftçi” favoritdir. Bu komanda son 4 qarşılaşmada qalib gəlib. Bu mövsümə təsadüf edən son üç oyunda "ağ-qaralar"ın 1:0, 3:1 və 2:0 hesablı qələbələri qeydə alınıb. Tərəflərin ardıcıl 8 oyununda heç-heçə qeydə alınmır. “Bakı” son 7 ev oyununda qol sevinci yaşayıb.

“Sumqayıt” doğma meydanda “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirəcək. Tərəflər arasında indiyə qədər baş tutmuş 13 oyununda cənub təmsilçisi daha çox - 7 dəfə qələbə qazanıb. 4 görüşdə heç-heçə qeydə alınıbsa, yalnız 2 qarşılaşmada sumqayıtlılar 3 xala seviniblər. Top fərqi də "Xəzər Lənkəran"ın xeyrinədir - 23:14. Komandaların son 6 oyununda heç-heçə qeydə alınmayıb. “Sumqayıt” ardıcıl 4 matçda meydanı qolsuz tərk etməyib. “Xəzər Lənkəran” son 2 qarşılaşmada qalib gəlib. Bu mövsümə təsadüf edən oyunlara gəlincə, Lənkəranda baş tutmuş ilk oyunda "Sumqayıt" 1:0 hesabıyla üstün olub. Son iki qarşılaşmada isə cənublular 2:1 və 3:2 hesablı qələbəyə seviniblər.

AZAL isə Şüvəlanda “Simurq”la qarşılaşacaq. Paytaxt və Zaqatala təmsilçiləri indiyədək 25 oyunda üz-üzə gəliblər. Tərəflər daha çox (10 dəfə) heç-heçəyə razılaşmalı olublar. 8 oyunda bakılılar, 7 oyunda isə zaqatalalılar qələbəni bayram ediblər. Top fərqində də Şüvəlan klubunun azacıq üstünlüyü diqqət çəkir - 28:26. “Simurq” son 3 oyunda meydanı qolsuz tərk etməyib. Zaqatala təmsilçisi son 4 səfərdə də rəqib qapısına yol tapıb. AZAL 10 görüşdür rəqibinə qalib gələ bilmir. Bu mövsüm baş tutan görüşlərə gəlincə, "Simurq" öz meydanındakı ilk oyunda 2:0, ikincidə isə 1:0 hesabıyla qalib gəlib. Bakıdakı ilk görüşdə isə 2:2 hesablı heç-heçə qeydə alınıb.

Topaz Premyer Liqası
35-ci tur

22 may (cümə)

“Sumqayıt” – “Xəzər Lənkəran”
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Asim Xudiyev.
Sumqayıt. “Kapital Bank Arena”, 18:00.

“Bakı” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Kamran Bayramov, Munis Abdullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Səfər Haşımov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 18:00.

AZAL – “Simurq”
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Coşqun Həsənov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “AZAL Arena”, 19:00.

“İnter” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Yaşar Abbasov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. “İnter Arena”, 20:00.

1Qarabağ31208350-2668
2İnter301612252-1660
3Qəbələ31149843-3451
4Neftçi30138937-3247
5Simurq301151441-3438
6AZAL30981331-4135
7Xəzər Lənkəran30871535-4431
8Sumqayıt305101527-4225
9Bakı30372019-6516
10Araz Naxçıvan00000-00

Bombardirlər:
15
- Nurlan Novruzov ("Bakı").
14 - Draqan Çeran ("Simurq").
11 - Nikolas Kanales ("Neftçi"), Cavid Hüseynov ("Qəbələ").
10 - Məhəmməd Qurbanov (“Sumqayıt”), Reynaldo Silva ("Qarabağ").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.