21 may 2015 20:20

Rahid Əmirquliyevin 300-cü oyunu

Topaz Premyer Liqasının 35-ci turu “Xəzər Lənkəran”ın futbolçusu Rahid Əmirquliyev üçün əlamətdar olacaq. Azerisport.az xəbər verir ki, “ağ-yaşlllar”ın kapitanı komandanın heyətində 300-cü matçına çıxacaq.

2006-cı ilin yayında “Xəzər Lənkəran”a keçən yarımmüdafiəçi indiyədək 299 matç keçirdiyi komandada 29 qol vurub. İndiyədək 130 dəfə meydana kapitan kimi çıxan Əmirquliyevi oyun sayındakı ən yaxın izləyicisi Radomir Todorovu (183) 116 matç qabaqlayır. Rahid indiyədək çempionatda 234, kubokda 43, avrokuboklarda 15, Birlik kubokunda 6, Superkubokda 1 matça çıxıb.
 
Yubilyar 2006/07 mövsümündə komandasının ilk oyununda debüt edib. 9 il əvvəl avqustun 11-də Lənkəran şəhər stadionunda “Neftçi” ilə prinsipial qarşılaşmanı 78-ci dəqiqəsində Zaur Ramazanovu əvəzləyən Rahid yeni klubunda debüt edib. “Ağ-yaşıllar”ın heyətində 29 qol vuran Əmirquliyev həm də klub tarixinin 3-cü bombardiridir. O, yalnız Zaur Ramazanov (44) və Samir Əliyevdən (34) geri qalır. “Xəzər Lənkəran”ın qazandığı bütün titullarda payı olan Əmirquliyev komandayla Azərbaycan çempionu, 3 dəfə Azərbaycan kuboku, Birlik kuboku və Azərbaycan Superkubokunu qazanıb.

Qeyd edək ki, yarımmüdafiəçi kapitan kimi çıxdığı oyunların sayında da klubun mütləq rekordçusudur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.