21 may 2015 19:20

Ağasəlim Mircavadov: Dövlət Kəpəzə kömək edəcək, hər şey ciddi olacaq

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun azerisport.az saytına müsahibəsi

- Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək "Kəpəz"in baş məşqçi postuna Şahin Diniyevin dəvət olunması barədə nə deyə bilərsiniz?
- Mən artıq Diniyevi təbrik etmişəm. Ümid edirəm ki, o, orada uğur qazanacaq. Məşqçiyə işləmək lazımdır.

- Bəs bu komandanın ev oyunlarını Bakıda keçirəcəyi barədə xəbəri necə qarşıladınız?
- Bu, təəccüblü deyil. Çünki Gəncə şəhər stadionunun vəziyyəti Premyer Liqa oyunlarına ev sahibliyi etməyə imkan vermir. Əsas odur ki, böyük futbol bu şəhərə qayıdır. Şadam ki, baş məşqçi postu da yerli mütəxəssisə tapşırıldı. Mən onların uğur qazanacaqlarına inanıram.

- Ötən mövsüm də "Araz Naxçıvan"ın elitaya gəlməsinə sevinənlər çox idi...
- Bunlar arasında paralel aparmayacağam. Mən başa düşdüyüm qədərilə dövlət "Kəpəz"ə kömək edəcək. Hər şey ciddi olacaq. Bu bölgədə futbolu inkişaf etdirmək vacibdir. Çünki oradan həmişə yaxşı oyunçular çıxıb. Ölkədə futbolu inkişaf etdirmək üçün isə təkcə paytaxtla kifayətlənməyib, regionlara da diqqət ayırmaq lazımdır.

- FİFA bu gün Ukraynada yaşayan azərbaycanlı futbolçu Pavel Paşayevin yığma komandamızda oynamasına razılıq verdi. Bu xəbəri necə şərh edərdiniz?
- Onun oyununu görməmişəm. Amma belə bir futbolçu varsa, Ukrayna çempionatında çıxış edirsə, onun xidmətindən yararlanmaq lazımdır. Millimizin müdafiə xəttində rəqabətə ehtiyac var.

- "Neftçi" və "Qarabağ" arasında keçiriləcək ölkə kubokunun final oyunu ilə bağlı nə proqnozlaşdırırsınız?
- Heyətinə, sərgilədiyi oyuna görə ağdamlılar güclüdürlər və kuboku qazanmalıdırlar.

- "Neftçi"də baş verən son hadisələrlə bağlı nə deyə bilərsiniz?
- Kənardan nəyəsə qiymət vermək çətindir. Ona görə də klubun daxili işlərinə qarışmamaq daha doğru olar. Yeni rəhbərlik gəlib. Onların işə öz baxışları var. Yəqin nəsə bilirlər ki, belə edirlər. Elvin Yunuszadə, Rauf Əliyev və Mirhüseyn Seyidovu heyətdən uzaqlaşdırdılar. Rəhbərliyin bu qərarına hörmətlə yanaşmaq lazımdır.

- Mövsümün sonunun belə darıxdırıcı alınması sizi narahat etmir?
- Məni təkcə mövsümün sonu yox, bütövlükdə bu mövsümün özü narahat edir. "Bakı"da hər şey çox pis alındı. "İnter" və "Simurq"da baş verən olaylardan da hər kəsin xəbəri var. "Xəzər Lənkəran" öz strategiyasını dəyişdi. Təbii ki, bütün bunların fonunda Premyer Liqaya maraq çox azaldı. Çempionatı gücləndirmək, keyfiyyəti artırmaq lazımdır.

- Bəlkə belə bir mövsümdən sonra klublarımızdan avrokuboklarda ciddi uğurlar gözləməyək?
- Hər şeyə rəğmən mən "Qarabağ"dan ən azı ötən mövsümkü uğuru təkrarlamasını gözləyirəm. Son hadisələrlə əlaqədar "İnter"in şansları barədə danışmağa çətinlik çəkirəm. "Neftçi"nin bu yay güclənməyə ehtiyacı var. Baxaq, görək onlar özlərini transfer bazarında necə göstərəcəklər. "Qəbələ"nin isə uğurlu çıxış etmək şansı var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.