21 may 2015 17:20
Rasim Ramaldanov Xəzər Lənkəranı tərk edə bilər
Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanov "Xəzər Lənkəran"la yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, onun mövsümün sonunda cənub klubu ilə yollarını ayırması gözlənilir.
Millimizin üzvü ilə Premyer Liqanın bir neçə klubu maraqlanır. "Xəzər Lənkəran" özü isə futbolçuya yeni müqavilə təklif etməyib. Məhz bu üzdən klub rəhbərliyinin Rasimi heyətdə saxlamaqda maraqlı olmadığı proqnozlaşdırılır.
