21 may 2015 15:00

Şahin Diniyev: Kəpəz ortabab klub olmamalıdır

AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevin azerisport.az saytına müsahibəsi

- "Kəpəz"dən aldığınız təkliflə bağlı nə deyə bilərsiniz?
- Mən Gəncədə çalışmışam. Bu bölgədə futbol ənənələrinin yaşaması mənim üçün də çox vacibdir. Bunun üçün çox çalışmaq lazımdır. Müəyyən vaxt da lazımdır. Komandanı sıfırdan yığmalı olacağıq. Məni çətin iş gözləyir. Amma buna alışmışam. İlk müsahibəmdəcə böyük işlərdən danışmaq istəməzdim. Sadəcə, onu deyə bilərəm ki, Gəncədə futbol olmasa, Azərbaycan futbolunda problemlər həmişə olacaq.

- Müqavilə imzalamısınız?
- Klub rəhbərliyi ilə görüşdük. Onlarla ilkin razılığa gəlmişik. Tezliklə görüşüb görüləcək işlərlə bağlı digər planlarımızı müzakirə edəcəyik.

- İşinizə nə vaxtdan başlayacaqsınız?
- İyulun 1-dən yeni komanda yaratmağa başlayacağıq. Amma təbii ki, həmin vaxta qədər də müəyyən işlər görülməlidir. İşimiz çoxdur.

- Yəqin ki, komandanın gələcək sponsoru sizi maraqlandırmaya bilməz. Bu baxımdan işlər necədir?
- Bununla klub rəhbərliyi məşğul olacaq. "Kəpəz" ortabab klub olmamalıdır. Təbii ki, hələ "Qəbələ", "İnter", "Neftçi" və "Qarabağ"ın səviyyəsindən danışa bilmərik. Amma buna çalışmalıyıq. İlk addımlar çox önəmli olacaq.

- Komandanın indiki baş məşqçisi Vidadi Rzayevin sizin köməkçilərinizdən biri olacağını demək olar?
- Biz birlikdə futbol oynamışıq. Bu barədə hələ düşünməmişik. Amma klubda onun da işi olacaq. Klubun prezidenti var, Rzayevin məsələsini də o həll edəcək. Futbol qalmayacaq.

- "Kəpəz" Gəncədəki stadionun pis vəziyyətdə olması səbəbindən ev oyunlarını "Dalğa Arena"da keçirəcək. Amma bu, azarkeşlər tərəfindən narazılığa səbəb olub...
- Kənardan danışmaq çox asandır. Amma reallıq da var. Əlbəttə, "Kəpəz" birdəfəlik paytaxta köçən deyil. Biz yaxşı klub yaratmaq istəyiriksə, onun öz bazası, stadionu da olmalıdır. Təxminən 4 ay Bakıda məskunlaşmalı olacağıq. Bizə Yevlaxda yerləşməyi təklif edirlər. Amma orada məşq etmək üçün normal şəraitimiz olacaqmı? 4-5 aydan sonra yenidən Gəncəyə qayıdacağıq. Azarkeşlərsiz "Kəpəz" heç nədir.

- Məşqçilər Komitəsindən avtomatik olaraq çıxırsınız?
- Hələ ki, buradayam. Çünki "Kəpəz"dəki işimə başlmamışam. Sonra baxarıq. Düzünü desəm, heç bu barədə düşünməmişəm. Məşqçilər Komitəsi necə qərar qəbul etsə, elə də olacaq.

- Oğlanlarınıza da "Kəpəz"də oynamağı təklif edəcəksiniz?
- Bundan söhbət belə gedə bilməz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.