21 may 2015 12:40
PFL Qarabağın çempionluq bayramını ləğv etdi
Peşəkar Futbol Liqası Topaz Premyer Liqasının qalibi adını qazanan "Qarabağ"ın şərəfinə bayram tədbiri və atəşfəşanlıq keçirməyə hazırlaşırdı. Azerisport.az xəbər verir ki, PFL rəhbərliyi bu atəşfəşanlığı ləğv edib.
Buna səbəb Bakıda 17 nəfərin ölümü ilə nəticələnən məlum faciədir. Düzdür, 35-ci tur çərçivəsində qarşılaşacaq "Qarabağ"la "İnter" oyundan sonra medal və mükafatlarına qovuşacaqlar. Lakin heç bir atəşfəşanlıq olmayacaq.
