21 may 2015 12:20
Kanales və Kardoso Bakıya qarşı oynamayacaq
"Neftçi" Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində qarşılaşacağı "Bakı" ilə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, "ağ-qaralar"ın düşərgəsində paytaxt derbisi öncəsi bir neçə itki var.
Belə ki, cəzalı olan Karlos Kardoso və Nikolas Kanales "zolaqlılar"la görüşü buraxmalı olacaq.
Məqsəd İsayev, Denis Silva və Flavinyo isə zədədən sonra məşqlərə başlayıblar. Lakin məşqçilər korpusu onlarla risk etmək istəmirlər. Böyük ehtimalla yalnız braziliyalı futbolçular paytaxt derbisinin ikinci hissəsində oynamaq şansı qazandılar.
