21 may 2015 12:00

Ansi Aqolli: Özümüzə və rəqiblərimizə hörmətlə yanaşmağımız lazımdır

"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin azerisport.az saytına müsahibəsi

- Ötən həftə çempionluğunuzu təmin etdiniz. Təəssüratlarınız...
- Fikrimcə, biz çempionluğa layiq idik. Çünki bütün mövsüm ərzində birinci pilləni qoruyub saxladıq və digər komandaların zirvəyə çıxmasına imkan vermədik.

- Amma "Sumqayıt"la son oyun çox çətin alındı...
- Özünüz də hər şeyi gördünüz. "Sumqayıt"a qarşı oynamaq həmişə çətin olub. Amma biz öz futbolumuzu sərgiləməyə çalışdıq. Hesab daha böyük ola bilərdi. Çünki xeyli qol epizodu yaratdıq. Əsas odur ki, sonda vacib olan üç xalı qazana bildik.

- "Qəbələ" - "İnter" matçının bitməsini gözləyərkən nə hiss etdiniz?
- Çox gərgin idik. Hər şeyin mümkün qədər tez bitməsini istəyirdik. Hadisələrin arzuladığımız kimi bitməsinə çox sevindik.

- Hansı çempionluq sizin üçün daha çətin sayıla bilər?
- Hər çempionluq çətindir. Çempion olmaq istəyirsənsə, hər şey hazır olmalısan. Yəqin ki, bu mövsümkü çempionluq daha çətin sayılmalıdır. Çünki mövsümün yarısını eyni zamanda Avropa Liqasında oynamaqla keçirdik.

- Qarşıda sizi "İnter"lə oyun gözləyir. Bu oyun sizin üçün hansısa əhəmiyyət kəsb edir?
- Bu oyuna çempionluğun taleyi sual altındaymış kimi çıxacağıq. Çempionluğu təmin etməyimiz bundan sonrakı oyunlara arxayın çıxmağımıza əsas vermir. Həm özünə, həm də rəqibə hörmətlə yanaşmalısan.

- Bu mövsüm "Qarabağ" üçün ən çətin oyun hansı oldu?
- Bütün oyunlar çətin keçdi. Bir dənə də asan keçən oyunumuz olmadı. Amma təbii ki, "Neftçi", "İnter" və "Qəbələ"yə qarşı oyunlarımız daha çətin alındı.

- Kubokun final oyunundan nə gözləyirsiniz?
- Bu, Azərbaycan futbolu üçün böyük oyun olacaq. İstərdim və ümid edirəm ki, bizdə hər şey yaxşı alınacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.