20 may 2015 18:30
Rahid Əmirquliyev 300-cü oyuna çıxacaq
"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev komandasının heyətində yubiley matçına hazırlaşır. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində "Sumqayıt"a qarşı səfərdə keçirəcəkləri oyun cənubluların kapitanı üçün 300-cü görüş olacaq.
Qeyd edək ki, "Sumqayıt" - "Xəzər Lənkəran" matçı mayın 22-də baş tutacaq.
