20 may 2015 18:00
Neftçinin futbolçuları yığma komandamızda
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası seleksiya xarakterli təlim-məşq toplanışı keçirəcək. Azerisport.az xəbər verir ki, mayın 29-dan 31-dək Bakıda baş tutacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın yetirmələrindən 2 futbolçu dəvət olunub. Bunlar Elvin Sərkərov və Kamran Nəcəfzadədir.
