20 may 2015 17:30
Ponomaryovdan Ələsgərov və yanğında həlak olanlarla bağlı başsağlığı
Futbol üzrə olimpiya çempionu İqor Ponomaryov Azərbaycan millisinin sabiq baş məşqçisi Əhməd Ələsgərovun vəfatıyla bağlı mərhumun yaxınlarına və idman ictimaiyyətinə başsağlığı verib. Azerisport.az xəbər verir ki, Ponomaryov eyni zamanda Binəqədi rayonunda baş verən faciədə həlak olan həmyerlilərimizin ailələrinə Allahdan səbr diləyib və dünyasını dəyişənlərə rəhmət diləyib.
