20 may 2015 17:15

Rəhman Hacıyev: İstisna deyil ki, Neftçi yayda məndən də imtina etsin

"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyevin azerisport.az saytına müsahibəsi

- Ötən gün "Neftçi"nin idman direktoru Vəli Qasımov saytımıza müsahibəsində bəyan etdi ki, futbolçuların məşqlərdəki fəallığı artıb. Komandada nə dəyişib ki?
- Deməzdim ki, əvvəllər vəziyyət çox pis idi. Qarşıda vacib oyunlarımız var ki, onları qalib başa vurmağımız lazımdır. Bunu hamı yaxşı başadüşür. Biz həvəskar klub deyilik ki, "İnter"ə böyük hesablı məğlubiyyətdən sonra ruhdan düşək.

- Rauf Əliyev, Mirhüseyn Seyidov və Elvin Yunuszadənin komandadan uzaqlaşdırılması komandanın digər futbolçularına necə təsir etdi?
- Əlbəttə, bu, bizə mənfi təsir etməyə bilməzdi. Onlar əvvəllər bizim komanda yoldaşlarımız idi. İstəməzdi ki, belə olsun. Amma rəhbərlik belə qərar qəbul etdi ki, onların hardasa səhvləri olub. Biz bunu müzakirə edə bilmərik.

- Sizin son uğursuzluqlarınızda məhz bu üçlük günahkar idi?
- Biz vahid bir komandayıq və uğursuzluqda hər kəsin günahı var.

- Rəhbərliyin bu yay ciddi dəyişiklər etməsi gözlənilir. Bu dəyişikliyin sizə də təsir edəcəyini düşünmürsünüz?
- "Neftçi" ilə müqaviləmin müddəti 2017-ci ildə başa çatacaq. Amma tamamilə mümkündür ki, rəhbərlik yayda məni da komandadan uzaqlaşdırsın. Bunu istisna etmirəm. Saxlaya da bilərlər. İndi bunu proqnozlaşdırmaq çətindir. Mümkündür ki, yayda özümə yeni komanda axtarmalı olum.

- Bu barədə yaman rahat danışırsınız...
- Bir futbolçu kimi mən də hər şeyə hazır olmalıyam. Əlbəttə, "Neftçi"də qalmağı çox istərdim. Komandama faydalı olmaq istəyirəm. Amma hər şey mümkündür.

- Çempion "Qarabağ" "Neftçi" ilə kubokun final matçında da qalib gəlib, qızıl dubla imza atmaq istəyir...
- "Qarabağ" şübhəsiz ki, güclü komandadır. Amma biz də Azərbaycan Kubokunun final matçına yaxşı hazırlaşırıq. Meydana çıxıb, var gücümüzü meydanda qoymağa hazırıq. Kuboku qazanmağa çalışacağıq. Klubumuzda hər kəs bunu çox istəyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.