20 may 2015 16:45
Mübariz Zeynalov: Özümü yaxşı hiss edirəm
"Neftçi"nin Müşahidə Şurasının üzvü Mübariz Zeynalov səhhəti ilə bağlı danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Özümü yaxşı hiss edirəm. Həkimlərin müdaxiləsindən sonra səhhətimdəki problem aradan qaldırıldı. Sabah xəstəxanadan evə buraxılacağam. Tezliklə işimin başına dönəcəyimə ümid edirəm".
