20 may 2015 14:45
Neftçi İnterə qalib gəlib, çempion oldu
Bu gün AFFA U-11 Liqasının finalında "Neftçi" və "İnter"in müvafiq yaş qrupundan ibarət komandaları qarşılaşıb. Azerisport.az xəbər verir ki, ilk hissə "Neftçi"nin 3:1 hesablı üstünlüyü ilə başa çatsa da, "İnter" oyunda dönüş edərək 4:3 hesabı ilə önə keçib.
Final fitinə saniyələr qalmış "Neftçi" hesabı bərabərləşdirib. Əlavə 5 dəqiqəlik hissələrdə daha 3 top vuran "Neftci" 7:4 hesabıyla üstün olaraq, U-11 Liqasının 2014/15 mövsümünün qalibi olub.
