20 may 2015 13:30
Radovan Kurçiç: Azərbaycan ilə oyun bizə lazımdır
Futbol üzrə Serbiya yığmasının baş məşqçisi Radovan Kurçiç Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycanla oyun bizə lazımdır. Çünki bizim Portuqaliya ilə vacib oyun öncəsi hazırlıq üçün çox az vaxtımız olacaq. Azərbaycanlılar asan rəqib deyil. Robert Prosineçkinin gəlişi bu komandaya yeni nəfəs bəxş edib. Onlarla oyun Danimarka ilə görüşə yaxşı hazırlıq olacaq".
