20 may 2015 13:15

Elvin Məmmədov: Ölkəni tərk etsəm, hədəfləri yüksək olan klubda oynamaq istərəm

"İnter"in yarımmüdafiəçisi Elvin Məmmədovun azerisport.az saytına müsahibəsi

- "Qarabağ"la oyuna hazırlıq necə gedir?
- Hər şey normaldır. Sona iki tur qalıb, xallar toplamalıyıq. Artıq çempionluq şansımız qalmasa da, yenə qələbəyə oynayacağıq.

- Mövsümü ikinci pillədə başa vuracağınız dəqiqləşdiyi halda hansı motivasiya ilə oynayacaqsınız?
- Niyə də yox? Əlbəttə, motivasiya var. İlk iki pillədə qərarlaşan komandalar qarşılaşırsa, deməli, matç heç də sıradan bir qarşılaşma olmayacaq. Təbii ki, rəqibi çempionluq münasibəti ilə təbrik edəcəyik. Amma rəqibə asanlıqla təslim olmaq fikrimiz yoxdur.

- Bütövlükdə bu mövsümü komandanız üçün necə qiymətləndirə bilərsiniz?
- Fikrimcə, ikinci pillə ilə fəxr edə bilərik. Bizim əsas məqsədlərimizdən biri avrokuboklara vəsiqə qazanmaq idi. Ona da nail olmuşuq.

- Bəs özünüz üçün?
- Fikrimcə, hər şey yaxşı oldu. Əlbəttə, alınan oyunlarım da oldu, alınmayan görüşlər də. Amma bu il ötənilkindən daha yaxşı keçdi. Bu, dəqiqdir.

- "İnter" yeni mövsümə yeni baş məşqçi ilə başlayacaq. Yəqin ki, komandada hansısa dəyişikliklər olacaq...
- Hələ hər şeyin necə olacağını dəqiq bilmirəm. Ona görə indidən nəsə demək olmur. Hələ gözləyirik. Fikrimcə, çempionat başa çatandan sonra hər şey müəyyənləşəcək.

- Digər klublardan təklif var?
- Mətbuatda digər klublara keçəcəyim barədə çoxlu məlumat yazırlar. Amma belə bir şey yoxdur. Rəsmi təklif olsaydı, danışıqlar masasına əyləşmək olardı.

- Ölkə xaricində oynamaq fikriniz yoxdur?
- Təklif yoxdur. Türkiyə klubları maraqlanır. Amma mən hədəfləri yüksək olan komandada oynamaq istərdim. Məsələn, Kamran Ağayev "Kayserispor"a keçməklə düzgün addım atdı. Komandası Super Liqaya çıxdı. Onu bu uğur münasibətilə təbrik edirəm.

- Klubdakı maliyyə vəziyyəti düzəlməyib?
- Hamıya məlum olduğu kimi, vəziyyət heç də yaxşı deyil.

- Oyunçuların nə vaxt pulunu alacağı deyilib?
- Hələ konkret bir şey yoxdur. Yaxın zamanlarda hər şeyə aydınlıq gəlməsi mümkündür. Gözləyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.