20 may 2015 13:00
Vurğun Hüseynov: Ola bilər ki, Sumqayıtda qalım
"Sumqayıt"ın müdafiəçisi Vurğun Hüseynov növbəti mövsüm üçün planlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu ayın sonunda klubla müqaviləmin müddəti başa çatacaq. Başqa klublardan hələ heç bir təklif almamışam. Amma "Sumqayıt"la danışıqlara başlamışam. Ola bilər ki, bu komandada qalım. Yığma komandaya gəlincə, son dövrlər dəvət almıram. Amma bunu indiki klubumla əlaqələndirməzdim. Berti Foqtsun dövründə "Sumqayıt"dan yığmaya çağırılırdım. İndi isə yox".
