20 may 2015 12:45
XL səhər məşqinə bir dəqiqəlik sükutla başladı
May ayının 22-də Sumqayıtda gənclik şəhərinin təmsilçisinin qonağı olacaq “Xəzər Lənkəran” Lənkərandakı hazırlığını tamamlayıb. Azerisport.az xəbər verir ki, bu gün səhər məşqi saat 11:00-da başlayıb.
Komanda üzvləri ilk olaraq dünən Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğında həlak olmuş insanların ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Hazılığa gəldikdə isə əsas meydançada baş tutan məşqdə zədəli futbolçular Ağabala Ramazanov, Sadio Tounkara və qapıçı Vyakeslav Tomiç iştirak etməyib. AZAL ilə matçda hüşunu itirən Tural Cəlilov isə artıq komanda ilə birgə məşqlərdə fəal iştirak edir. Sabah Bakıya yola düşəcək komanda saat 18.00-da Sumqayıtda, oyunun keçiriləcəyi stadionda son məşqinə çıxıb oyun saatını gözləyəcək.
