20 may 2015 12:00
Namiq Ələsgərov növbəti fizioterapiya kursundadır
Xəbər verdiyimiz kimi, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Malta milli komandaları arasında keçirilmiş oyunda zədələnən Namiq Ələsgərov Almaniyanın Plattling şəhərində uğurla cərrahiyə əməliyyatı olunub və ilkin fizioterapiya kursunu keçib. Azerisport.az xəbər verir ki, hazırda futbolçu Almaniyada növbəti fizioterapiya kursundadır.
Qeyd edək ki, Namik Ələsgərovun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.
