20 may 2015 11:45
Robert Prosineçki Beşiktaşı çalışdıra bilər
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Türkiyənin "Beşiktaş" klubunu çalışdıra bilər. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bu komandanın sükanı arxasından getməyə hazırlaşan həmyerlisi Slaven Biliçi əvəzləməyə əsas namizədlərdən biri kimi göstərilir.
Artıq klub rəhbərliyinin Prosineçkinin meneceri ilə əlaqə saxladığıda bildirilir. Bu posta daha bir namizəd isə "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli göstərilir.
