19 may 2015 17:45
İnter Qarabağla oyuna hazırlığı davam etdirir
Məlum olduğu kimi, Azərbaycan Premyer Liqasının 35-ci turunda "İnter" Ağdamın "Qarabağ" komandasını qəbul edəcək. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu gün mayın 22-də keçiriləcək oyunun hazırlıqlarını davam etdirib.
Xatırladaq ki, "İnter" - "Qarabağ" qarşılaşması "İnter Arena" stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
