19 may 2015 15:15
Rasim Ramaldanov: Xəzər Lənkəranda qalıb-qalmayacağımı dəqiqləşdirməmişəm
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov növbəti mövsüm üçün planlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mövsümün sonunda "Xəzər Lənkəran"la müqaviləmin müddəti başa çatacaq. Hələ klubla əməkdaşlığı davam etdirməklə bağlı müzakirələrimiz olmayıb. Böyük ehtimalla bu görüş mövsüm başa çatandan sonra gerçəkləşəcək. Şəxsən mən hələ nə edəcəyimi tam müəyyənləşdirməmişəm. Başqa təkliflər də var. Amma "Xəzər Lənkəran"da hər şey yaxşı olsa, elə burada qalmaq istərdim. Təbii ki, komandanın əvvəlki iddiasını geri qaytarmasını, yaxşı transferlər etməsini nəzərdə tuturam".
