19 may 2015 14:30

Vəli Qasımov: Arif Əsədov böyük ehtimalla finaldan asılı olmayaraq, Neftçidə qalacaq

"Neftçi"nin idman direktoru Vəli Qasımovun azerisport.az saytına müsahibəsi

- Son oyunlardakı uğursuzluqdan sonra komandada atmosfer necədir?
- Bir şeyi deyə bilərəm ki, indi məşqlər daha yaxşı keçirilməyə başlayıb. Uşaqların məşqlərdə ürəkdən çalışması baxımından heç bir problem yoxdur.

- Yəqin ki, bir neçə oyunçu komandadan uzaqlaşdırıldığı üçün digərləri də qorxuya düşüblər...
- Bunu dəqiq deyə bilmərəm. Amma məşqlərdə keyfiyyətin yüksəldiyini söyləmək olar. Mümkündür ki, son baş verənlər digərlərinə də dərs olub. Hamı başa düşür ki, mövsümü layiqli şəkildə başa vurmaq lazımdır.

- Mövsümün sonunda müqaviləsinin müddəti başa çatacaq oyunçularla danışıqlara start vermisiniz?
- Xeyr. Əksər futbolçuların müqavilə müddəti başa çatacaq. Amma hələ kimlərin komandada qalacağına dəqiq qərar verməmişik.

- Klub rəsmi olaraq Rauf Əliyev və Mirhüseyn Seyidovla müqaviləyə xitam verildiyini açıqlayıb. Bəs Elvin Yunuszadənin aqibəti necə olacaq?
- O, əvəzedici komanda ilə məşq edir. Müqaviləsinin müddəti mövsümün sonunda bitəcək. Çətin ki, komandada qalsın. Çünki transferə çıxardığımız futbolçuların sırasında o da var idi.

- Coşqun Diniyevin "Neftçi"yə keçəcəyi barədə xəbərlər doğrudur?
- Komandamızın transfer etməyə hazırlaşdığı iddia olunan futbolçular çoxur. Amma biz hələ konkret olaraq heç bir qərar qəbul etməmişik. Baxmayaraq ki, bu yöndə işlərimizi davam etdiririk. Müəyyən bir siyahımız var ki, bu yöndə iş gedir. Orada həm yerli, həm də əcnəbi futbolçuların adlarına rast gəlmək olar.

- Heyətin ən azı 50 faiz dəyişəcəyini söyləmək olar?
- İndi bu barədə danışmaq çətindir. Elə də ola bilər, belə də.

- Bəs baş məşqçi Arif Əsədovun aqibəti necə olacaq? Demək olar ki, onun taleyi kubokun cavab oyunundan asılıdır?
- Belə söhbətlər var idi. Amma onunla son görüşümüzün ardından bildirdik ki, iş birliyimizi davam etdirəcəyik. Sizə bunu tam dəqiqliyi ilə deyə bilmərəm, amma böyük ehtimalla, finaldan asılı olmayaraq, o, komandada qalacaq. Hətta deyim ki, növbəti mövsüm üçün planlarımızı da onunla razılaşdıraraq həyata keçiririk.

- "Qarabağ"la kubokun final matçına hazırlıq necə gedir?
- Bu turnirdə uğur qazanmağa çox böyük ümidlər bəsləyirik. Formada olmayan futbolçuları yaxşı vəziyyətə gətirmək vacibdir. Təbii ki, favorit "Qarabağ"dır. Onlar indi daha sabit çıxış edirlər və ölkənin ən yaxşısı hesab olunurlar. Amma final bir oyundan ibarət olur. Biz də qələbəyə oynayacağıq.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.