19 may 2015 13:15
Qarabağı azarkeşləri ziyana saldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 34-cü turunun bir oyunu ilə bağlı aşağıdakı qərar qəbul olunub:
“Qarabağ” – “Sumqayıt” matçı başa çatdıqdan sonra “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.
