19 may 2015 12:45

Maksim Medvedev: Bu, bizim üçün bir siqnaldır

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi

- Ardıcıl ikinci dəfə çempion olmaq sizin üçün nə deməkdir?
- Bu uğurumuza çox sevinirəm. Bu mövsüm xeyli çətin oyunumuz oldu. Məşqçilərə, komanda yoldaşlarıma, "Qarabağ"ı sevən hər kəsə təşəkkürümü bildirirəm.

- Bu çempionluq ötən ilki ilə müqayisədə daha çətin oldu, ya əksinə?
- Mənə elə gəlir ki, ötənilki çempionluq daha çətin oldu. Bu dəfə yaxşı xal fərqi yaratdıq. Amma yenə də sonluğun bu qədər gərgin alınacağını gözləmirdik. Hardasa, arxayınlaşdıq. Əsas rəqiblərimizi 10 xal qabaqladığımız vaxt var idi. "İnter"in çempionluqdan əlini üzəcəyini düşünürdük. Lakin onlar sonadək mübarizə apardılar. İstənilən halda mən əvvəlki çempionluğumuzun daha çətin başa gəldiyini düşünürəm.

- Bu mövsüm daha asan çempion olmağınız nə ilə bağlıdır?
- Uğurlu startla. Mövsümə yaxşı başlamağı bacardıq. Eyni zamanda avrokuboklarda da uğurlu çıxış edirdik. Yəqin ki, məhz Avroliqadakı uğurlu çıxışımıza görə idi ki, çempionat oyunlarına daha əminliklə çıxırdıq.

- Qarşıda "İnter"lə oyun var...
- Biz hər oyuna üç xal qazanmaq üçün çıxırıq. Hər oyun bizim üçün vacibdir.

- "Qızıl dubl" etməyi düşünürsünüz?
- "Neftçi" ilə final oyunumuzda şanslar əllinin əlliyədir. Hər şey ola bilər. Oyunun gedişindən çox şey asılı olacaq. "Neftçi"nin bu oyuna daha sakit çıxacağını düşünürəm.

- Keçmiş rəqibiniz "Dnepr"in Avroliqanın finalına vəsiqə qazanması sizin üçün gözlənilməz olmadı?
- Əlbəttə, gözlənilməz oldu. Bu, bizim üçün bir siqnaldır. Deməli, "Qarabağ" da finala çıxa bilər.

- Nəyin sayəsində?
- Biz "Dnepr"lə başabaş mübarizə apardıq, hətta bəzi komponentlərdə onlardan üstün idik.

- Finalda "Dnepr"ə azarkeşlik edəcəksiniz?
- Bəli. Onların qələbələri xoşdur. Çünki bu komandaya qalib gəlmişdik. Gələcək çempionu onun meydanında məğlub etmək həmişə xoş təsir bağışlayır. Baxmayaraq ki, "Sevilya" ilə oyunda bu komandanın şansları çox aşağıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.