19 may 2015 12:30
Bir oyunun vaxtı dəyişdirildi
“Kəpəz” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, Gəncə şəhər stadionunda dövlət əhəmiyyətli tədbirin keçirilməsini əsas gətirərək 1-ci divizionun 29-cu turunun matçının vaxtının dəyişdirilməsini xahiş edib. Azerisport.az xəbər verir ki, PFL bunu nəzərə alaraq, Azərbaycan 1-ci divizionunun 29-cu turunun “Kəpəz” – “Qaradağ Lökbatan” matçını 23 may tarixindən 22 may tarixinə keçirib.
