19 may 2015 12:00

AFFA rəsmisi lisenziya ala bilməyən klubları sərt tənqid etdi

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Azərbaycan Premyer Liqasında oynamaq üçün liseziya almağa çalışan klub rəsmilərinə müraciət edib. Azerisport.az xəbər verir ki, Nərimanoğlu bu gün lisenziya üçün apellyasiya müraciətində 10 günlük müddətin bitəcəyini xatırladıb.

O, klub rəsmilərini mətbuat səhifələrində özlərini ucuz reklam etməməyə çağırıb: "Bəzi mətbuat səhifələrdə elə haray-həşir qoparır, özünüzü elə reklam edirsiniz ki, 19 mayın son gün olduğunu belə unutmusunuz. KİV-də səslənən fikirlərinizlə tanış olanda, mətbuat işçilərinin çoxsaylı suallarını cavablandıranda, qələm əhlindən olan həmkarlarımla söhbət edəndə daxilimdən gələn yumor hissini bəzən saxlaya bilmirəm. Çünki lisenziya almaq üçün sənədlərini toplayıb apellyasiya müraciəti etmək əvəzinə biriniz icra hakimiyyətinin qəbulunda saatlarla dayandınız, biriniz Milli Məclisin. Uzun illər sponsor üzünə həsrət qalanlar isə bir dəqiqə ərzində sponsor "tapdı". Əfsuslar olsun ki, bu gün reklam vaxtınız bitir. 9 gün ərzindəki ittiham və iradlarınızı təsdiqləmək, dediyiniz sözün arxasında dayanmaq və iddia etdiyiniz kimi haqqınızı qorumaq üçün heç olmasa, apellyasiyaya müraciət edin. Axı, sizin qeyd etdiyiniz kimi ilk andan müraciət etdiyinizə və bütün sənədlərinizin qaydasında olduğuna görə mətbuata və azarkeşlərinizin çoxsaylı suallarına bircə cümlə ilə cavab verməkdən bezmişəm: "Bu ana qədər apellyasiyaya heç bir klub müraciət etməyib". İnsafınız olsun, heç olmasa bir günlük reklamdan işə keçin".

Qeyd edək ki, AFFA-nın Lisenziyalaşdırma Komissiyası 2015-2016-cı il mövsümündə Premyer Liqada iştirak üçün Bakının "Zirə" və Gəncənin "Kəpəz" klublarına icazə verib. Qərardan narazı qalan bəzi klublar, o cümlədən, I divizionun qalibi "Neftçala" apellyasiya verəcəyini bildirsə də, hələlik heç bir addım atmayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.