19 may 2015 11:45
Yunis Hüseynov Maliyə 3 futbolçu seçməyə gedir
"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Maliyə səfərə hazırlaşır. Azerisport.az xəbər verir ki, onun bu səfərində məqsəd sözügedən ölkədə futbolçu seçməkdir.
Səfər 10 gün sürəcək. Bu müddət ərzində Hüseynov üç futbolçu seçməyə çalışacaq. Bunlar mərkəz müdafiəçisi, yarımmüdafiəçi və hücumçu olacaq.
Yaxın günlərdə ona komandanın yarımmüdafiəçisi Sadio Tounkara da qoşulacaq. Qeyd edək ki, əməliyyat olunan malili futbolçu hazırda bərpa prosesi keçir.
