19 may 2015 11:00

Çəlikəl: Bu il keçirdiyim həyəcanı ötən il yaşamamışdım

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl azərisport.az saytının suallarına cavab verib.

- Komanda üçün məhz 34-cü turda çempionluğu rəsmiləşdirmək nə qədər vacib idi?
- Uzun müddət liderliyimizi qoruyurduq. "Qarabağ" hər görüşdə qələbə qazanmağa çalışsa da, bəzən bu, alınmırdı. 34-cü turda bizim diqqətimiz "Sumqayıt"la matçda, qulağımız isə Qəbələdə idi. Bilirdik ki, "Qəbələ" - "İnter" görüşünün nəticəsi vacibdir. Yekunda "Qarabağ" qalib gəldi və ardıcıl ikinci çempionluğunu rəsmiləşdirdi. Bütün komandanı, rəhbərliyimi, futbolçuları və azarkeşləri təbrik edirəm. Bu çempionluq bizim üçün çox əziz idi.

- Bu çempionluq ötənilkindən fərqlənir?
- Ötən il "Qarabağ" uzun həsrətdən sonra çempionluq yaşadı. Komanda çətin oyunlardan qalib ayrılmaqla güclü olduğunu sübut etdi. Sirr deyil ki, çempionluğu qorumaq çətindir. Bütün rəqiblərimiz bizimlə görüşə ciddi hazırlaşırdı. Bir müddət izləyicimizlə xal fərqi yüksək oldu. Sonradan fərq azaldı. Bu il keçirdiyim həyəcanı ötən il yaşamamışdım. Bizim üçün hər bir çempionluq vacibdir.

- Qarşıda komandanı ölkə kubokunun finalı gözləyir...
- Çempionluqla işimizin bitməsini düşünmürük. İndi biz çempionluğun sevincini yaşayırıq. Yeni iş həftəsindən artıq ölkə kubokunun finalını düşünməliyik. Çox istərdim ki, komandamız qızıl dubl etsin. Azərbaycan Kubokunun finalındayıq. Ona görə o kuboku qazanmaq üçün maksimum güc sərf etmək lazımdır.

- Futbolçularınızın arxayınlaşmasından qorxmursunuz?
- "Qarabağ"da yüksək intizam var. Bu gün çempionluq üçün sevinirik. Hamımız şənlənirik. Lakin kuboku unutmuruq. "Qarabağ" hər iki cəbhədə güclü olduğunu sübut etməlidir. "Neftçi" ilə oyuna hazır olmalıyıq.

- Kubokun favoriti kim olacaq?
- Favorit dedikdə rəqib arxayın oynayacaq. Onların itiriləsi heç nəyi yoxdur. Sözsüz "Neftçi"nin motivasiyası yüksək olacaq. Mövsümü titulla başa vurmaq gərəkdir. Ona görə kubok üçün ikiqat əzmlə hazırlaşacaqlar. "Qarabağ" həmin matçda çempionluğunu sübut etməlidir. Rəqib güclü komandadır. Amma biz kuboku da qazanmaq istəyirik.

- Yeni avrokubok mövsümündə hədəfləriniz necə olacaq. Bu dəfə komandada gözləntilər daha çox olacaq...
- Ölkə kubokundan sonra mövsümü təhlil edəcəyik. Baş məşqçi Qurban Qurbanovla müzakirələr aparılacaq. Onun istədiyi futbolçular alınacaq. Heyət gücləndiriləcək. Sonra isə Çempionlar Liqasına hazırlaşacağıq. Komandamıza inamın böyük olduğunu bilirik. Yenidən hamını sevindirməyə çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.