19 may 2015 00:45
Ruslan Qurbanov Haydukda daha bir qol vurdu
Xorvatiyanın "Hayduk" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası aşağı liqada çıxış edən "Varteks"lə qarşılaşıb.
Baş məşqçi Hari Vukas bu görüşdə son turda Zaqreb "Dinamo"suna qarşı az oynayan və və ehtiyatda qalanlara oynamaq şansı yaradıb. Görüş elita təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Fasilədən sonra meydana çıxan millimizin forvardı komandasının qələbəsində qol vurmaqla pay sahibi olub. Qurbanov 78-ci dəqiqədə rəqib qapısına yol tapıb.
