19 may 2015 00:35
Rəşad Eyyubov: Legionerlərə ikiqat çətindir
"Simurq"un yarımmüdafiəçisi Rəşad Eyyubov komandanın legioner futbolçularının klubdakı maliyyə problemlərinə etiraz etməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Artıq dördüncü aydır ki, maaş almırıq. Klub rəhbərliyi bizi sakitləşdirməyə çalışır. Söz verilər ki, növbəti mövsümdə sabitlik olacaq. Mən də buna ümidliyəm. Amma legionerlərdə fərqlidir. Onlar evlərindən uzaqdadırlar, ona görə əcnəbilərə ikiqat çətin olur. Onları başa düşürəm. "Simurq"un heyətində yaxşı gənclər var. Son oyunlarda onlar da oynamaq şansı qazanacaqlar".
