18 may 2015 19:15
Əmrah Çəlikəl: Qarabağ Neftçi ilə matçda çempionluğunu sübut etməlidir
"Qarabağ"ın direktoru Əmrah Çəlikəl Azərbaycan Kubokunun finalında "Neftçi"yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu gün çempionluq üçün sevinirik. Hamımız şənlənirik. Lakin kuboku unutmuruq. "Qarabağ" hər iki cəbhədə güclü olduğunu sübut etməlidir. "Neftçi" ilə oyuna hazır olmalıyıq. Rəqib arxayın oynayacaq. Onların itiriləsi heç nəyi yoxdur. Sözsüz "Neftçi"nin motivasiyası yüksək olacaq. Mövsümü titulla başa vurmaq gərəkdir. Ona görə kubok üçün ikiqat əzmlə hazırlaşacaqlar. "Qarabağ" həmin matçda çempionluğunu sübut etməlidir. Rəqib güclü komandadır. Amma biz kuboku da qazanmaq istəyirik".
