18 may 2015 19:00
AZAL-ın yay hazırlıq planı bəlli oldu
AZAL-ın yay hazırlıq planı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Tərlan Əhmədovun çalışdırdığı komanda hazırlığa iyunun 15-də start verəcək.
"Təyyarəçilər" həmin ayın 27-dək Bakıda hazırlıq keçəcəklər. Ayın sonunda isə paytaxt klubu Azərbaycanın bölgələrindən birinə yollanacaq. Hələlik, komandanın dəqiq harada təlim-məşq toplanışı keçəcəyi müəyyənləşməyib. Amma həmin hazırlıq prosesi iyulun 10-dək davam edəcək.
İyulun 16-dan 28-dək isə AZAL-ın Türkiyədə təlim-məşq toplanışında olması nəzərdə tutulub.
