18 may 2015 17:45

Vidadi Rzayev: Premyer Liqada Kəpəzin sükanı arxasında qalıb-qalmayacağımı bilmirəm

"Kəpəz"in baş məşqçisi Vidadi Rzayevin azerisport.az saytına müsahibəsi

- "Kəpəz" Premyer Liqada oynamaq hüququ qazanandan bəri nə dəyişib?
- Hələ heç nə dəyişməyib. Mövsümün başa çatmasını gözləyirik. Əsas dəyişiklər həmin vaxt olacaq. Maliyyə baxımından müsbət irəliləyiş olacağına ümidliyik. Klubda dəyişiklər olmalıdır.

- Bu dəyişiklik məşqçilər korpusuna da aid olacaq?
- Komandaya Premyer Liqada kimin rəhbərlik edəcəyini dəqiq deyə bilmərəm. Hələlik, baş məşqçi mənəm. Amma gələcəkdə hər şey baş verə bilər.

- Birinci divizionda çıxış etməklə yanaşı, yəqin ki, Premyer Liqanı da izləyirsiniz...
- Premyer Liqa ilə birinci divizion arasında çox böyük fərq, hətta deyərdim ki, uçurum var. Məsələn, Türkiyə PTT 1-ci liqasında çıxış edən əksər klublar Super Liqada da rahat oynaya bilərlər. Amma bizim birinci divizion klubları heyətini gücləndirməsə, elitada heç nə edə bilməz.

- Maliyyə probleminiz olmasa, komandaya neçə legioner transfer etmək istərdiniz?
- Buna rəhbərlik və sponsorlar qərar verəcək. Mən sadəcə, onu deyə bilərəm ki, Premyer Liqada "Kəpəz"in heyətində oynamaq istəyən çox futbolçu var. Fikrimcə, onlardan rəqabətədavamlı komanda formalaşdırmaq olar. Pul olsa, onlar özü bizim heyətdə oynamaq istəyəcəkər. Hətta legionerə ehtiyac duymayan bir komanda formalaşdırmaq da olar. Bu, eyni zamanda Azərbaycan yığması üçün də müsbət addım olacaq Legionerlər bütün klublarda var. "Neftçi", "Qarabağ", "İnter" və başqa klublarımız demək olar ki, legionerlərdən təşkil olunub. Yerlilərə çox az diqqət ayrılır.

- Ancaq yerlilərə güvənməklə klubun iddiasız oması da mümkündür...
- "Sumqayıt" gözəl nümunədir. Mükafatlar uğrunda mübarizə aparan komandalarla rəqabət apara biləcək komanda yaratmaq olar.

- "Kəpəz" ev oyunlarını"Dalğa Arena"da keçirsə, bu, azarkeş baxımından problemlərə səbəb olmayacaq?
- Bu, əlbəttə, problemlər yaradacaq. Hamıya məlumdur ki, bölgələrdə oyunlara paytaxtla müayisədə daha çox azarkeş gəlir. Ümid edirəm ki, Gəncədəki stadionda da hər şey tezliklə qaydasına düşəcək və biz ev oyunlarımızı doğma arenada keçirəcəyik. Gəncədə bizə ciddi dəstək olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.