18 may 2015 17:15
Rüfət Dadaşov oynamadı, klubu qalib gəldi
Almaniyanın cənub-qərb regional liqasında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun komandası - "Saarbryuken" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Nekarelts"lə qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Rüfət bu oyunun iştirakçıları arasında yer almayıb.
Qeyd edək ki, "Saarbryuken" 69 xalla 2-ci pillədə qərarlaşıb.
