18 may 2015 16:15

Qəbələ hakimləri döyən futbolçularını qovdu!

Mayın 24-də U-16 Liqasının 30-cu turu çərçivəsində keçirilən “Qəbələ” – “Neftçi” (3:3) görüşündə xoşagəlməz hadisə baş verib. Azerisport.az xəbər verir ki, oyun başa çatdıqdan sonra “Qəbələ”nin və eyni zamanda, U-16 milli komandamızın futbolçuları – Aqşin Hüseynov və Murad Qayalı hakimlər briqadasının 2 üzvünə fiziki təsir göstəriblər.

Hadisənin ardından məsələ ilə bağlı klub və akademiya rəhbərliyinin iştirakı ilə toplantı keçirilib və qərar qəbul olunub. Qərara əsasən, sözügedən futbolçular transferə çıxarılıblar.

"Qəbələ"nin bununla bağlı yaydığı bəyanatda bildirilir: "Bəyan edirik ki, idmanda bu cür hadisələrin əleyhinəyik və daim “Fair play” qaydalarına əməl olunmasını dəstəkləyirik. “Qəbələ” İdman Klubunun məqsədi ölkəmizə layiqli idmançılarla yanaşı, sağlam düşüncəli, intizamlı, tamaşaçıya, hakimlərə, rəqibə və komanda yoldaşlarına hörmət bəsləyən fərdlər yetişdirməkdir. Məhz buna görə də, oyunu idarə edən hakimlər briqadasının üzvlərinə fiziki təsir göstərmiş idmançıların klubumuzda saxlanılmaları klub fəlsəfəsinə tamamilə ziddir. Biz bu hadisəni pisləyir və bildiririk ki, belə xoşagəlməz halların təkrarlanmaması üçün bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirəcəyik.

“Qəbələ” İdman Klubu hakimlər briqadasının üzvləri – Bəxtiyar Gözəlov, Rövşən Məmmədov, Elşad Abdullayev və Cahangir Yusifzadədən, həmçinin, bütün futbol ictimaiyyətindən üzr istəyir!"

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.